Menu

Ölkədə müşahidə olunan faktiki hava şəraitini açıqlanıb

03.01.2020, 13:49
Ölkədə müşahidə olunan faktiki hava şəraitini açıqlanıb

Yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: 1.0-2.0 mm; Lənkəran-Astara zonasında: 7.0-29.0 mm , Böyük Qafqazda: 2.0-14.0 mm Mərkəzi Aran rayonlarında: 1.0-4.0 mm; Qazax-Gəncə zonasında: 1.0-3.0 mm Kiçik Qafqazda: 1.0-2.0 mm; Naxçıvan MR-da: Ağdərədə 1.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Kişçayda (Şəki) 15 sm, Xaltanda 9 sm, Şamaxıda 8 sm, Şahdağda 7 sm, Altıağacda 6 sm, Qırızıda 5 sm, Xınalıq, Mərəzədə 4 sm, Ağdərə, Göygöldə 2 sm, Qusar, Gədəbəy, Qubada 1 sm-ə çatıb.

Temperatur: havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 2-6° isti, dağlıq rayonlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-11° şaxta olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol