Menu

İŞİD üzvü olmuş 150 terrorçu Türkiyədən deportasiya edilib

03.01.2020, 16:16
İŞİD üzvü olmuş 150 terrorçu Türkiyədən deportasiya edilib

İŞİD terror təşkilatının üzvü olmuş 150 nəfər əcnəbi terrorçu Türkiyədən deportasiya edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə bu gün Türkiyə Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən deportasiya edilən İŞİD terrorçularının sayı 150-yə çatıb.

Nazir müavini Türkiyədən öz ölkələrinə qayıdan suriyalı miqrantların da sayını açıqlayıb. O qeyd edib ki, Suriyaya qayıdan miqrantların sayı 373 592 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol