İCRA BAŞÇISININ BİZNES İMPERİYASI - Villalar, hotellər, şirkətlər, restoranlar + FOTOLAR

Avropada yaşayan jurnalist-blogger Həbib Müntəzir Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin çoxmilyonluq biznes şəbəkəsi barədə məlumat verib. "AzPolitika.info"nun məlumatına görə, icra başçısının biznes imperiyasına şirkətlər, zavodlar, restoranlar, istirahət mərkəzləri və sair daxildir. Onun eyni zamanda çoxsaylı villa və mənzillərə sahib olduğu bildirilir. 13 ildir icra başı olan Mübariz Əhmədzadənin bu qədər böyük varidatı necə əldə etdiyi məlum deyil. Ancaq... 

“13 ildir icra başı olan Mübariz Əhmədzadə Zaqatalada zəlzələdən zərər çəkənlərin evlərinin çoxunu hələ də təmir etdirməyib. Halbuki dövlət büdcəsindən 300 milyon manat pul ayrılmışdı, manatın manat vaxtı. Pullar hara, necə gedir?"- deyə, jurnalist-blogger icra başçısının bu varidatı necə əldə edə biləcəyinə  işarə vurub. 

Yəqin ki, hüquq-mühafizə orqanları Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı olan icra başçısının belə böyük varidatı hansı yollarla əldə etdiyini araşdıracaq.. Hələlik biz, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif edilən Mübariz Əhmədzadəyə aid olduğu bildirilən əmlakların tam olmayan siyahısını dərc edirik. 

VİLLA və MƏNZİLLƏR 

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci  mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikənə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.

HOTELLƏR və RESTORANLAR

Qaxda “El Resort” otel kompleksi;

Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;

 İlisu kəndində “Yaşıl Park” otel kompleksi;

“Səngər Qala” otel kompleksi,

“Ulu Dag” oteli,

Qax rayonu, Eden Park Hotel;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.

Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı

Bakıda “Zakura Yapon mətbəxi” restoranı


YERLİ ŞİRKƏTLƏRİ və  OBYEKTLƏRİ

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

“ULUYURD” şirkətlər qrupu:

“Advisors CO.” şirkəti;

“Proyekt”, MMC şirkət;i

“Çağdaş“ MMC şirkəti;

“Elit-R1“ MMC şirkəti;

“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

XARİCDƏ OLAN ŞİRKƏTLƏRİ: 

Çexiyada “ALPS s.r.o.” şirkəti;

İngiltərədə “GYUNEL LİMİTED” şirkəti

İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət

Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur 

VƏZİFƏDƏ OLAN YAXIN  QOHUMLARI:

Qardaşı Əhməd Əhmədzadə “Su və Melorasiya” ASC nin rəhbəri;

Oğlu Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;

Oğlu Rəşad Əhmədzadə Səbail Rayon polis idarəsinin 8-ci Polis Bölməsinın rəisi;

Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;

Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri;

Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi;

Qardaşı oğlu Cuma Əhmədzadə Azərbaycanda və xaricdə xeyli şirkətlərin sahibi;

Qardaşının qudası Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri;

Yazıda qeyd olunanlarla bağlı  Mübariz Əhmədzadənin də mövqeyini dərc etməyə hazırıq. 

AzPolitika.info

635x100

Şərhlər

Araşdırmaçı 2020-07-05 16:04:36

Şəki mafiyasına Əhmədzadələr müdafiə edirlər ... Şəkinin dövlət büdcəsini mənimsəyən məmurları, Əhmədzadələr Zakatalada yüksək vəzifəyə təyin olunmasında ( Şəkinin Mərkəzi Xəstəxanasının sabiq Baş həkimi , .... Məcid Əliyevi, Şəki Maliyyə idarəsinin sabiq müdiri, Şəki icra başçısının 1-ci müavini Həsən Həsənovun qaynı, ... Vüqar Məmmədovu) təyin olunmasında müstəsna xidmətləri danılmazdı ? Vüqar Məmmədovun maliyyədən anlayışı belə yoxdur ?? Region Maliyyə İdarəsinə müdir ? Bəyəm Zakatala kimi ziyalılar məkanında kadr tapılmır ? .... əməllərini örtbasdır etmək üçün yerlərini dəyişirlər ki, mənimsədikləri milyonların üstünü örtbasdır edə bilsinlər...

Dövlətini sevən 2020-06-24 14:37:32

Şəki Rayon Mərkəzi Xəstəxananın sabiq Baş həkimi Məcid Əliyev xəstəxananı pis günə qoyduqdan sonra Zakatalanın İcra Başçısı Mübariz Əhmədzadənin köməyi ilə yerini Zakatala rayonunun Baş Həkimi təyin olundu, indidə Şəki Maliyyə İdarəsinin müdiri, mafiya üzvü Vüqar Məmmədov kirçin əməllərini örtbasdır etmək üçün" onu Mübariz Əhmədzadənin köməyi ilə Zakatala Rayonunun Maliyyə İdarəsinə müdir təyin olunub, maliyyədən anlayışı olmayanı.....??? mafiya"

Asif 2020-06-01 21:42:27

Quldurlar,Talançılar,Atanşiklər vəssalam və oğrular

Dövlətini sevən 2020-04-08 12:36:54

SSRİ dövrü olseydi belə məmurlar çoxdan həbs edilmişdilər....?

aydın 2020-03-03 23:49:52

Şəki əldən gedib........??????

Araşdırmaçı 2020-02-08 20:46:33

Şəkinin Su İdarələri də Əhmədzadələrə məxsusdur ...?

Araşdırmaçı 2020-01-29 16:26:08

Şəkinidə İHB 1-ci müavini Həsən Həsənov zəbt edib ?

ferhad 2020-01-23 17:37:06

duz deyirsiz valla

Araşdırmaçı 2020-01-18 15:07:31

Şəkinin icra başçısının və müavinlərinin mülkləri ondan iki dəfə çoxdur...?

Vətən oğlu 2020-01-08 21:30:33

İcra Başçıları özlərini yerlərdə "kiçik padşah" hesab edirlər... Onların qanunsuz əməllərinə PA-nın məsul işçiləri göz yumurlar ? Bu səbəbli dövlət büdcəsini dağıdıb tökürlər...Onların iş fəaliyyətləri yoxlanılmalı, bütün əmlakları əllərindən alınmalı, özləri isə ciddi cəza kalonlarına "istirahətə" göndərilməlidirlər...İndi oğru olubdur doğru, doğru olubdur oğru.. Şərəfsiz olubdur şərəfli...

Qaxlı kasıb insan 2020-01-07 14:38:16

Bu başdan deim ki,Əhmədzalərin içində Mübarız müəllim ən insaflısıdır.Əyər bunlardan biri kiminsə başını kötüyün üstünə qoyub kəsmək istəsə ,tez Mübariz müəllim o adamı xilas edəcək.Qaldı pula var dövlətə,var dövlətdi də.Pul ,var dövlət çox şeyi həll edir,ancaq hər şeyi həll etmir.Amerika milyarderlərindən biri yazmışdı ki,mənim 56 yaşım var,onkoloji xəstəyəm.Həddindən artıq var dövlət insana çoxlu düşmən,bir də xəstəlik bəxş edir. Var dövlət insana xöşbəxtlik gətirmir.

kamil 2020-01-06 06:16:26

Mubzriz pis adam deyil

QAXLI 2020-01-06 00:25:42

Bəli bu yazılanlar hamı doğrudur. AzPolitika.info-ya çox sağ ol deyirik ki,belə talançı insanları yazıb ifşa edir.Qaxın icra başçısı Musa Şəkiliyev o qədər azğınlaşıb ki,hələ indidən dövlət müəsisələrinə,müəllimlərə,bir -bir şəxsən özü zəng edib hədələyir ki mən deyən adama səs verin,onları işdən çıxarmaqla hədələyir.Beləliklə də xalqı dövlətdən bunlar narazı salırlar.Bunlara deyən ola bu boyda var dövlət nəyinə lazımdır.Əhməd Əhmədzadənin 75,Mübarız Əhmədzadənin də 73 yaşı var.Bunlar düz əmməlli yeryə bilmirlər.Gedin oturun evinizdə,siz doyan deyilsiz,siz dayanan da deyilsiz.Bunlar heç Allahdan da qorxmurlar.

OXUCU 2020-01-05 21:32:28

İlahi bunların gözünü allah doydursun..görməmişlər

Kamal 2020-01-05 20:59:40

Yazıg lap açından öldürmüş

QAXLI 2020-01-05 20:36:24

MƏN TİBB İŞÇİSİ KİMİ ONU BİLİRƏM Kİ , DOYMAMAQ PSİXİ XƏSTƏLİKDİR.

Lətif 2020-01-05 20:02:02

BU qədər əmlakln uzun illər ərzində mənimsənilməsinin qarşısı niyə alınmayıb?Yəqin Nazir qardaş yaxşı himayə edib.Başqa cür bu boyda iştah təəcüb doğurur.Bəs hökumətin müvafiq qurumları niyə kənardan baxıblar?

Osman 2020-01-05 19:54:40

Bəs icra başçılarının şinə nəzarət kim tərəfindən aparılır? Apaılırsa belə hallar niyə baş verir? Nəzarət yoxdursa bu nə özbaşınalıqdır? Nİyə bu qədər mənimsəmə, bu qədr geniş yayılıb? İcra başçılarını kim və niyə belə əməllərdən mühafizə edir?Apa

Qaxlı 2020-01-05 19:18:46

Qaxda Əhmədzədələr adında bir nəsil var.Qaxda hər şey onlarındır və olmalıdır. Onlar heç allahdan da qorxmurlar.Zakatala,Qax onların əlindədir.

Akif.mamedov 2020-01-05 13:15:33

Molodes vallah kişi əsil təşkilatçı adamdır

Əli 2020-01-05 11:59:03

Hansı icra başçısını,onun müavinlərini,nazirləri tərpədirsənsə ortaya çıxan faktlar ölkənin olduqca savadsız və səhlənkar idarə olunduğunu.cinayətin cavabsz buraxıldığının şahidi olursan.Azərbaycan hara gedir? Bu prosses dayandırılmasa sonu dəhşətdir!ujidapisi

ağsaqqal 2020-01-04 21:28:54

Nəyi varkı ,kasıb oğlandı də !

NURəddin 2020-01-04 21:25:56

BU QƏDƏR EVİ, VİLLANI ,NƏ BİLİM ZAVODU-FABRİKİ MƏNƏ HAVAYI DA VERSƏLƏR ALLAHA AND OLSUN İSMƏRƏM. ÜSTÜNƏ TÜPÜRƏRƏM. İNSAN DÜNYAYA BU MİSSİYA ÜÇÜN GƏLMƏYİB. BUNUN HEÇ AĞLI BAŞINDA OLAN BİR NORMAL YAXINI-QOHUMU YOXDURMU Kİ, ADAMI BAŞA SALA.

eloqlu 2020-01-04 20:01:20

Bes deyiller bele tutacuq bele kesecik ) bunnara hec kim bata bilmez !!!

Samir 2020-01-04 19:39:47

belələri verilən göstərişi özünə necə sərf edir elə yerinə yetirir

Emin zeynalli 2020-01-04 19:05:06

Butun icra ba$cilarini va yuksak postlarda oturan mamurlari yoxlamag lazimdi.

Emin zeynalli 2020-01-04 19:04:05

Butun icra ba$cilarini va yuksak postlarda oturan mamurlari yoxlamag lazimdi.

Şəkidən 2020-01-04 18:52:00

İcra Başçıları öz gözlərindəki tiri görmür, başqasından tük axtarır... Dövlətini və xalqını qəlbən sevən dəyərli insanları vəzifə səlahiyyət həddini aşaraq ləkələməyə çalışırlar.. Aidiyyatı qurumlarda icra başçısının yalan sözlərinə önəm verirlər.... Nə qədər ki, icra başçıları özlərini kiçik padşah hesab edirlər, o qədərdə dövlət əmlakını talan edəcəklər ...

Geber 2020-01-04 18:25:55

Belə yazilara əhəmiyyət verməyə məslhət blməzdim ziyana ziyan qatmaq kimi sob=nluqu ziyan nərdivanina dirmaşdiracaq hamini . Hökümətin intellektual savadsizliqi və yaxina baximliqi cəsarətli praktik əhəmiyyətli cavablar tapa bilməməsi əlbəttə ki , əks tərəf də günahsiz deyil lakin başqa müstəvidə məsələnin həlli var . Bu nə leqallaşdirma nə də cəzalandirma kimi arxaik sxemlər deyil , təklifimə ğörə hökümətdən 10 milyn manat mükafat müqabilində bir səhifə analitika yazardim.

əmiraslan 2020-01-04 17:42:06

Ona görə ölkə müflis,insanlar işsiz,xəstə,ölümlərin sayı artır,ölkədə bəziləri nəzarəətdən kənarda saxlanılır.ÖZBAŞINALIQ..cinayət cəzasız qalır.

Valeh 2020-01-04 17:10:28

Sonra da deyillər Xalq niyə narazıdır?

t.ədalət 2020-01-04 14:04:19

Dəxi,kim qaldı bu məmləkətdə?Məmurların hamısı oğrudur. Onlara heç bir təsir edə bilmirlər....Bir-iki fağır tapıb,Ramiz müəllim demişkən "paxazuxa" edirlər...

Elli 2020-01-04 13:21:37

malades

Kərbəlayi 2020-01-04 13:11:10

məmurlar özbaşına buraxılanda belə olur.Nəticəni özünüz çıxarın..

PERVİZ 2020-01-04 12:45:04

BU DA SİZE İSLAHATLAR

vidadi goyce 2020-01-04 11:55:12

hamisi beledir

Son yazılar