Menu

“285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” - MSK sədri

04.01.2020, 12:42
“285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” - MSK sədri

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2066 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini götürüb, 580 nəfər dolduraraq qaytarıb, 285 nəfər isə qeydə alınıb”.

Şərhlər

Seçici 2020-01-19 22:03:25

Demokratik seçki keçirmək istəyiriksə Şəki 113 saylı DSK -nın sədri Rəhmanlar, Məntəqə sədrləri Xuramanlar, Emnəxatınlar,Qaffarlar, Ulduzlar və s. dairədən və məntəqələrdən uzaqlaşdırılmalıdırlar...?

eloqlu 2020-01-04 23:10:43

Qardash xeyri yoxdu ) özûnûzû helak etmeyin !!!

Seçici 2020-01-04 19:09:05

Seçkinin şəffaflığını istəyiriksə birinci növbədə Şəki 113 saylı DSK-nın sədri Rəhman Qədirzadə olmaqla bütün komissiyanın sədrləri dəyişilməlidir, çünki onlar xalqın istədiyi namizədləri kənara qoyaraq "sehli qutudan" dövlətimizin nüfuzuna xələl gətirən adamların adlarını qutudan çıxardırlar... necə bələdiyyə seçkisində olduğu kimi.... demək olar ki, xalqın tanımadığı şəxsləri Şəki Bələdiyyə üzvülüyünə təyin etdilər,aidiyyatı qurumlar bu saxtakarlığa göz yumdular...

Seçici 2020-01-04 13:03:35

Məzahir Pənahov dəyişməli və seçki komissiyasının tərkibi saflaşdırılmalıdır.Yoxsa saxtakarlıq davam edəcək.o

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol