Menu

Merkel dinlənildiyini bilirmiş - "Taqqıltı səsləri eşidirdim"

28.10.2013, 11:44
Merkel dinlənildiyini bilirmiş - "Taqqıltı səsləri eşidirdim"

ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin (MKA) xarici dövlət başçılarının telefon danışıqlarına qulaq asması ətrafında qalmaqal səngimək bilmir.

ANS PRESS-in məlumatına görə, nüfuzlu "Wall Street" jurnalının yazdığına görə Barak Obama administarsiyası MKA-nın bu tip bütün proqramlarının dayandırılması barədə göstəriş verib.

Jurnalın yazdığına görə, MKA 5 il ərzində təxminən 35 dövlət başçısının danışıqlarını izləyib.

Almaniyanın "Spiegel" nəşrinin yazdığına görə, kansler Angela Merkel telefon danışıqlarının izlənildiyindən xəbərdar olduğunu bildirib. Almaniya kansleri telefon danışığı zamanı taqqıltı səslərini eşitdiyini və Obamanın bundan xəbəri olduğuna əmin olduğunu deyib.

Alman nəşrinin iddiasına görə, 2010-cü ildə Barak Obama MKA-nin bu işindən kəşfiyyat mənbələri tərəfindən xəbərdar edilib.

Ancaq bu iddia MKA-i tərəfədən təkzib edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol