Menu

Ermənilər Bakıya həm də gəzməyə gələcək

26.09.2014, 13:31
Ermənilər Bakıya həm də gəzməyə gələcək

“Ermənilərin də digər idmançılar kimi turlara qatılması planlaşdırılır”.

Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

O bildirib ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı tədbirdə ölkəmizə gələcək idmançılarım, o cümlədən turistlərin Azərbaycanın gəzməli və görməli yerləri ilə tanış olması üçün turlar təşkil olunacaq: “Paytaxt Bakı da daxil olmaqla bölgələrdə olan tarixi abidələrə səfərlər planlaşdırılır. Artıq regionlarda marşrut xətləri müəyyən edilib və bələdçilər fəaliyyət göstərəcək”.

Nazirlik rəsmisi əlavə edib ki, digər idmançılar kimi Avropa Oyunlarda iştirakı nəzərdə tutulan erməni idmançılar da istəkləri əsasında turlarda iştirak edə biləcəklər. Onların təhlükəsizlik məsələsinə xüsusi diqqət yetiriləcək.

Xatırladaq ki, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına erməni idmançılarının qatılması ilə bağlı danışıqlar aparılıb və ümumi razılığa gəlinib. Ermənistan idmançılarının Avropa Oyunlarında iştirakı planlaşdırılır. /ANS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol