Menu

Nazim Bəydəmirlinin namizədliyi qeydə alındı

05.01.2020, 10:33
Nazim Bəydəmirlinin namizədliyi qeydə alındı

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə namizədin özü sosial şəbəkədəki hesabında məlumat verib.

N.Bəydəmirli deputatlığa namizədliyini 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürüb. O, 2005-2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub. 

Xatırladaq ki, son 10 ildə həmin seçki dairəsinin deputatı Rafiq Məmmədhəsənov olub. Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar seçkilərdə onun namizədliyini irəli sürməyib. Partiya 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Elnarə Məhərrəmovanın namizədliyini irəli sürüb.

Şərhlər

Ağacan 2020-01-05 16:54:35

Yeni Azərbaycan partiyası üzvlərinin fərdi qaydada namizəd olması saxtakarlıqdır.Əgər paetiya məsləhət bilsə idi onu öz siyahisinə yazardı.Belə YAP üzvlərinin fərdi qaydada namizədliyə qeydə alınması heç bir halda doğru sayıla bilməz və saxtakarlıq üçün zəmin yaradıldığından xəbər verir.Fərdi qaydada yalnız bitərəflər deputatlığa namizədliyini irəli sürə bilər!upus

Ağamirzə 2020-01-05 12:18:03

Nazim Bəydəmirli niyə mənsub olduğu partiya tərəfindən namizəd verilmir?Bir də biznesmen deputat olaraq nə edəcək? Axı bu nam əks nəticə verər.Biznesmen deputat larsa öz toxunulmazlığının təminatını alıb.daha çox iqtisadi qanun pozuntulaına yol verəcək.Bu realdır.Ona görə biznesmenlərin deputatlığı iqtisadiyata və qanunvericiliyə uyğun deyil.yl

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol