Menu

ABŞ-da etiraz aksiyaları - İrana qarşı sanksiyalardan imtina etməyə çağırıblar

05.01.2020, 16:44
ABŞ-da etiraz aksiyaları -  İrana qarşı sanksiyalardan imtina etməyə çağırıblar

ABŞ-ın müharibələrdə iştirakına qarşı çıxan 10-dan çox hərəkatın tərəfdarları Ağ Ev qarşısında aksiya təşkil ediblər. Aksiyaya “CodePink” antihərbi hərəkatının və “Müharibəni dayandırmaq və iqrçiliyə son qoymaq üçün indi hərəkətə keç” (ANSWER) qrupunun üzvləri qatılıblar.

Aralarında İranın ABŞ-dakı diasporunun nümayəndələri də olan etirazçılar ABŞ hökumətini hər hansı bir hərbi fəaliyyətdən və İrana qarşı sanksiyalardan imtina etməyə çağırıblar.

“ABŞ Prezident Administrasiyası və Pentaqon general Qasım Süleymaninin öldürülməsi ilə İranla müharibənin başlanmasına yaxınlaşdılar. Birləşmiş Ştatlar xalqı ayağa qalxıb bunu dayandırmasa, müharibə bütün bölgəni bürüyə və bu qlobal münaqişəyə çevrilə bilər”, - deyə etirazçıların müraciətində qeyd edilib.

Ölkənin müxtəlif yerlərində, o cümlədən Nyu-Yorkdakı Taysm-Skver, Çikaqodakı Tramp Tauer qarşısında da bənzər aksiyaların keçirildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol