İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib.Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, ölkənin parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.
Bu isə o deməkdir ki, ABŞ ya İraqdan qoşunlarını çıxarmağa başlayacaq, ya da qanunsuz olaraq, yəni işğalçı kimi orada qalmaqda davam edəcək.
AzPolitika.info


Şərhlər