Üçüncü Dünya Müharibəsinin mümkün başlanması ətrafındakı möhtəkirlik fonunda Amerika Birləşmiş Ştatlarında (ABŞ) çağırış xidmətinin saytı çöküb. Bu barədə idarənin «Tvitter» səhifəsində xəbər verilib.
«Dezinformasiyaların yayılması səbəbilə, bizim sayt trafikin həcminin artması ilə bağlı problemlər yaşayır» - bəyanatda qeyd olunur.
1973-cü ildən üzübəri ABŞ ordusu kontrakt əsasında formalaşır. Səfərbərlik halında vətəndaşların bəzi kateqoriyaları çağırışa düşür və bu saytda çağırışçıların siyahısı yerləşdirilir.
Bu arada, «Tvitter»də ən populyar heşteqlərin sırasına «Üçüncü dünya müharibəsi» də düşüb. Bir sutkadan az müddət ərzində istifadçilər bu mövzuda 3 milyonlan artıq xəbər dərc ediblər.
Möhtəkilik iranlı general Süleymaninin öldürülməsindən sonra başlanıb. Pentaqnda izah ediblər ki, o, prezident Donald Trampın əmri əsasında öldürülüb və əlavə ediblər ki, bu, «ABŞ personalının xaricdə müdafiəsi» məqsədilə edilib. Bundan əvvəl məlum olub ki, ABŞ lideri Süleymanidən yaxa qurtarmaq qərarına gəlib.
AzPolitika.info


Şərhlər
İran müharibə olsa uduzacağını bilir. Ona görə də heç vaxt müharibəyə başlamaz.