Menu

Tramp yenidən İranı hədələyib

06.01.2020, 09:55
Tramp yenidən İranı hədələyib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların hücuma məruz qalacağı təqdirdə İranı yenidən bu ölkənin mədəni obyektlərinə zərbə endirməklə hədələyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Onlara bizim insanlarımızı öldürməyə icazə verilib. Onlara bizim insanlarımıza əzab verməyə və şikəst etməyə icazə verilib. Onlara yol qırağı bombalardan istifadə etməyə və bizim insanlarımızı partlatmağa icazə verilib. Və bizə onların mədəni obyektinə toxunmaq olmaz? Bu belə olmur", - Tramp jurnalistlərə deyib.

"Əgər bu (İranın hücumu-red) olsa, onda olacaq. Əgər onlar nəsə etsələr, onda cavab tədbirləri böyük olacaq", - Tramp əlavə edib.

Şərhlər

Mehdi 2020-01-06 09:59:28

Nə saxta bazaridi,yox bir saxtaymis,elə pasiqul özu yazib indidə görurki zibili cixdi,yixir onun bunun ustunə.Itoqlu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol