Menu

Polis yol qəzasında ölüb

06.01.2020, 10:46
Polis yol qəzasında ölüb

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyim bölməsinin baş əməliyyat müvəkkilidir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Aydəmir 2020-01-06 12:11:29

Polislərə də nəzarət edilməlidir.Onlar çox zaman axşam vaxtları içkili olur,pzlərini həddən artıq yüksək aparırlar.Ona görə onlara qarşı xalq arasında nifrət yaranır.e

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol