Menu

Rus politoloqu Azərbaycan siyasilərinə "məsuliyyətsiz" dedi

26.09.2014, 14:04
Rus politoloqu Azərbaycan siyasilərinə "məsuliyyətsiz" dedi

"Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkşafı və gücləndirilməsi üçün ağıllı liderlərə ehtiyac var".

Bu sözləri rusiyalı politoloq Pavel Klaçkov deyib. O, Azərbaycanda Rusiya əleyhinə xeyli miflərin quraşdırıldığını bildirib: “Azərbaycanda Amerikanın pulu ilə Rusiyaya qarşı çoxlu miflər yaradılır. Bəzi analitiklər Azərbaycan KİV-ləri vasitəsilə Kreml sahiblərinin imperiya istəkləri olması ilə cəmiyyəti qorxudurlar. Məsələn, Azərbaycan Demokratik Partiyasının rəhbəri Sərdar Cəlaloğlu Azərbaycan ordusunun Rusiyaya qarşı istifadə mümkünlüyünü və bunun Rusiyanı məhv edəcəyini açıq-aşkar deyir. Aqil Səmədbəyli həmçinin, “Yeni Müsavat” qəzetinin səhifələrində Rusiyanın parçalanmasını proqnozlaşdırır. Bax bu cür məsuliyyətsiz publisistlər “türkün birinci düşməni – Rusiyadır” şüarları ilə çıxış edirlər...

Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkşafı və gücləndirilməsi üçün ağıllı liderlərə ehtiyac var. Ümidvaram, sağlam fikir qələbə qazanacaq” (axar.az).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol