Menu

"RB Leypsiq"in müdafiəçisi icarə əsasında "Qalatasaray”a keçib

06.01.2020, 19:12
"RB Leypsiq"in müdafiəçisi icarə əsasında "Qalatasaray”a keçib

"RB Leypsiq"in müdafiəçisi Marselo Saraççi icarə əsasında "Qalatasaray”a keçib.

“Report”un məlumatına görə, bu barədə türk klubunun rəsmi saytında bildirilir.

İyirmi bir yaşlı Uruqvay futbolçusunun icarə razılaşması 2021-ci il ilin yayına qədər nəzərdə tutulub. Saraççi "Qalatasaray"ın heyətində 36 nömrə ilə çıxış edəcək.

"Mən çox-çox xoşbəxtəm. Bura gəldiyim birinci dəqiqədən özümə qarşı xeyirxah münasibət hiss etdim. Bura mənə çox yaxşıdır. Yaxın vaxtlarda etməli olduğum şey meydana çıxmaq və yerli azarkeşlərin sevgisini fəth etməkdir", - Saraççi qeyd edib.

Saraççi "RB Leypsiq”ə 2018-ci ildə Argentinanın "River Pleyt” klubundan keçib. O, cari mövsümdə "RB Leypsiq"in heyətində 7 matçda iştirak edib və 1 qola imza atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol