Menu

Dövlət Miqrasiya Xidmətində yeni təyinat - Tanınmış jurnalist vəzifəyə təyin olundu

07.01.2020, 11:36
Dövlət Miqrasiya Xidmətində yeni təyinat - Tanınmış jurnalist  vəzifəyə təyin olundu

Dövlət Miqrasiya Xidmətində kadr dəyişikliyi baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə Xidmətin rəisi Vüsal Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Elnur Kələntərov DMX-nın İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, bundan əvvəl DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, E.Kələntərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol