Menu

"ABŞ-ın qərarını müdafiə edənlər cəzalandırılmalıdır" - İran “Ağır intiqam” planı hazırlayıb

07.01.2020, 13:13
"ABŞ-ın qərarını müdafiə edənlər cəzalandırılmalıdır" - İran “Ağır intiqam” planı hazırlayıb

İran parlamenti “Ağır intiqam” adlı qisas planı hazırlayıb. APA-nın Tehran bürosunun məlumatına görə, plan bu gün İran parlamentariləri tərəfindən təsdiqlənib.

Planda qeyd edilib ki, ABŞ-ın Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM), onun nəzdindəki bütün qurumlar terrorçu kimi tanınır.

“İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində ABŞ-ın ölkənin maraqlarına zərər verən terror aktları cavablandırılmalıdır. İran Kəşfiyyat Nazirliyi iddia qaldırmaq üçün CENTCOM komandanlığının siyahısını təqdim etməlidir. İran Xarici İşlər Nazirliyi digər qurumların əməkdaşlığı ilə ABŞ-ın bölgədəki bazalarını bağlamalı və ABŞ-ın bölgədəki digər ölkələrin imkanlarından istifadə etməsinə mane olmağa çalışmalıdır. ABŞ-ın qərarını müdafiə edən və İnqilab Keşikçiləri xidmətindən yayınan bütün fiziki və hüquqi şəxslər cəzalandırılmalıdır”, - deyə planda bildirilib.

Şərhlər

AQAYEV 2020-01-07 16:34:39

Bəs erməni kimi QARDAŞINIZ trampı təbrik edib bu NƏ OLACAQ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol