Menu

ARDNF valyuta hərraclarındakı satışını artırıb

08.01.2020, 10:42
ARDNF valyuta hərraclarındakı satışını artırıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6 593,85 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,1% çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə ARDNF-in valyuta satışının məbləği 886,35 milyon dollar təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 30,9% çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol