Menu

Vilayət Eyvazov Müşfiq Rəhimova yeni vəzifə verdi

08.01.2020, 10:45
Vilayət Eyvazov Müşfiq Rəhimova yeni vəzifə verdi

Bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsindən azad edilən Müşfiq Rəhimova yeni vəzifə verilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin “Siqnal” idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini olan, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü. (qafqazinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol