Menu

Bakıda itkin düşmüş qadınlar tapılıblar

08.01.2020, 10:55
Bakıda itkin düşmüş qadınlar tapılıblar

Bakıda itkin düşmüş qadınlar tapılıblar.

“Report”un xəbərinə görə, hadisə yanvarın 6-da paytaxtın Səbail rayon ərazisində qeydə alınıb.

Belə ki, S.Hüseynova və R.Cavadova yaşadıqları ünvandan xəbərsiz çıxıblar və bir daha geri qayıtmayıblar.

Daha sonra qadınların yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs tapılaraq ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Əsgər 2020-01-08 11:43:16

BUnlar uşaq deyildirlər ki,itgin düşsünlər.Bəs əsl səbəb nə olduğu,harada,necə tapıldıqları niyə açıqlanmır?c

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol