Menu

Azərbaycanın şəhid olan sərhədçisi dəfn edilib - FOTOLAR

08.01.2020, 12:21
Azərbaycanın şəhid olan sərhədçisi dəfn edilib - FOTOLAR

zərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu Ucar rayonunun Alpı kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin, Ucar Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, şəhidin nəşi torpağa tapşırılıb.












Şərhlər

Valideyin 2020-01-08 15:08:11

Vəssalam? Bəs onun öldürülməsi barədə kimə,hansı ölkəyə.təşkilata etirazz bildirildi? Nəticə nə oldu? Beləliklə biz bir-birinin ardınca gənclərimizi itirəcəyik?

AQAYEV 2020-01-08 13:44:28

Arzu edirəm hər şəhidin əvəzinə 10-erməni məhv edək.Bu barədə yazıları oxumaqı arzu EDİRƏM. ŞƏHİDİMİZİ ALLAH RƏHMƏT ETSİN VALİDEYİNLƏRƏ SƏBİR VERSİN.

Elli 2020-01-08 13:02:22

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol