Menu

Ramin Quluzadə İsrailə dəvət olunub

08.01.2020, 14:50
Ramin Quluzadə İsrailə dəvət olunub

Yanvarın 28-30-da Təl-Əvivdə (İsrail) “CyberTech Global 2020” sərgi-konfransı keçiriləcək.

“Report” xəbər verir ki, bu sərgi-konfrans kibertexnologiyalar üzrə regionda ən böyük tədbir hesab edilir.

Ümumilikdə 18 mindən artıq qonağın qatılması ehtimal olunan sərgi-konfransı İsrailin Baş Naziri Benyamin Netanyahu açacaq.

Müxtəlif ölkələrin rəsmi şəxslərinin dəvət olunduğu tədbirdə Bolqarıstan və Yunanıstan müvafiq nazirlər, “Microsoft” və IBM isə vitse-prezidentlər səviyyəsində qatılacaq.

Azərbaycandan isə bu tədbirə Nəqliyyat, Rabitə və Yüksək Texnoilogiyalar Nazirliyi dəvət olunub.

Şərhlər

Rabitəçi 2020-01-08 21:22:36

peşəkar kadrların şikayətinə baxmı...

Rabitəçi 2020-01-08 15:11:52

Ramil Quluzadə nəqliyyatdan,rabitədən,yüksək texnologiyadan nə amnlayışı var ki,gedib orada nə edəcək və hansı nəticə ilə qayıdacaq?BU sahə hara,Quluzadə hara? Gülməli deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol