Avstraliyaya düşən dəhşətli yanğının başqa bir bənzəri də Azərbaycanın ürəyinə düşdü: 10 yaşlı Nərmin Quliyeva xüsusi amansızlıqla yandırıldı.
Bütün ölkə silkələnir, hər kəs səfər olub, qatillərin tapılmasını tələb edir. Amma bəziləri ortalıqda yoxdur.
Onlar kimlərdir?
- Konsertlərdə minlərlə insanın qarşısını çıxaraq “mənim xalqım” deyib sırtıq-sırtıq gülən saxtakar müğənnilər...
- Uşaq evlərinə gedərkən telekanalları da dalıyca sürüyüb özlərini reklam edən, “uşaqlar gələcəyimizdir” deyən məşhur simalar...
- Dövlətdən qrant almaq üçün min cür oyundan çıxan ailə-uşaq hüquqları ilə guya məşğul olan QHT-lər...
- Uşaqların müdafiəsi altında yalançı tədbirlər keçirib pul silən qurumlar...
- Özünü millətin vəkili kimi gözə soxan, ancaq parlament buraxıldıqdan sonra başını torpağa basdıran deputatlar...
- Uşaqların gözəlliyindən, vətəndən şeirlər, əsərlər yazıb pafos püskürən şairlər, yazıçılar...
Siyahını uzatmaq olar.
Yaxşı, bütün ölkənin ziyalılarını keçdik, bəs Tovuzun ziyalıları hardadır? Bu cür həssas məqamda niyə onlar ayaqlarına əziyyət verib hadisə yerinə getmədilər? Səbəb aydındır. Bu insanları xalq, millət maraqlandırmır. Bu adamlar illərlə öz nüfuzlarını və ciblərini düşünüblər.
Təbii, üzrlü səbəbdən gedə bilməyənlər də var, amma ən azından bir ziyalı kimi olaya reaksiya verməli idilər.
Ancaq onlar nə 10 yaşlı Nərmin balanın, nə də Ermənistan silahlı qüvvələri tərəfindən şəhid edilən Fərzalı Fərzəliyevin vəfatına reaksiya verdilər.
Əgər bir ziyalını xalqın şəhidi də maraqlandırmırsa, deməli, onlarla bağlı məsələ bitib. Deməli, bu adamlar bu gündən etibarən yox hökmündədirlər.
Mənim nəzərimdə Nərmini qətlə yetirən cinayətkar Fərzalı qardaşımızı şəhid edən erməni snayperi qədər təhlükəli canidir. Hər iki “erməni” layiq olduğu cəzanı almalıdır.
Aqşin Evrən(axar.az)


Şərhlər
Aqşin qardaş bu siyahını doqrudan da artırmaq olardı.FƏRZALINI vuran ermənidir-düşməndir amma bu uşaqıa qarşı edilən vəşilikdir o insanlar ölümə məhkum edilməlidirlər.Bunun vaxtında acılmamasının ğünahı hüquq mühafizə orqanları iylə bərabər TV-lərdədir onlar REYTİNQ xatirinə cox ağ etdilər.Cani də qorxusundan bu hadisəni törətdi.TV-də istintaq aparmazlar bu məxvi əməliyatdır. Onlar kömək məqsədi iylə şəkili ğöstərib müracət edə bilər ki, ğörənlər-xəbəri olanlar məlumat versin.
Düzü dehşete gelmişem bu hadiseden bura afrika deyil bura avstraliya yaxud amerikanın vehşi qebilelerinin yaşadıgı yer deyil bura adı üstünde müselman ölkesi olan azerbaycandır çox teesüüf.İnsan kasıb yaşaya biler,çetin durumda ola biler hetda çaresiz durumda ola biler amma bu bir az yaşlı uşaga işgencelerle qetle yetirmek bu yalnız ermeni vehşiliyidir.Burda yalnız qonşular yaxınlar işin açılmadında maraqlı olmalıdır.Allah özü bu işin açılmasına kömek olsun amin.Allah cemmi yaxınlarına sebr versin.
Ne xalqeee sende !!!!
Bizimkilerde esas iran sevgisidir. Hele suleymaninin yasindan ayilmayiblar
Bu siyahıya nədən hər ay qəzetinin capına görə dövlətdən 20 min manat alan , indi sinəsinə döyüb deputat olmaq istəyən və hətta utanmadan efirlərdə və saytlarda doulub boya başa catan tovuzlulara hər bir cətin anda kömək etdiyini elan edən ...da adını da əlavə etsəydiz lapəla olardıa
Nərminin qətlində əsas günahkarlar rayonun polis işçiləridir.Onlar kənddə yaxşı yoxlama keçirsəydilər,bütün zirzəmiləri,gizli guşələri nəzarətə götürsəydilər qızcığazı tapmaq olardı.Axtarış aparılmadığına görə cinayətkar cəzasız qalıb.Caninin həkim olduğu da nəzərə çarpır.Çünki qızın dırnaqlarını kəsmək hər kəsin ağılına gələ bilməz.Ola da bilsin ki,dılrnaqlar hadisədən sonra iz qalmasın deyə kəsilib.Allah bu cinayətin üstünü açmağa yardımçı olar,İnşəllah!