Menu

“ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq” - İranın XİN rəhbəri

08.01.2020, 23:25
“ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq” - İranın XİN rəhbəri

“ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”.

“Report” “ISNA” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Region dövlətləri ABŞ-ın təhlükəli sərgüzəştlərindən ciddi narahatdırlar. ABŞ-a qarşı mövcud olan nifrət miqyasına əsaslanasaq, ölkənin bölgədəki mövcudluğuna bir neçə gün qalıb. Əlbəttə, ABŞ-ın bölgədə gələcəyi yoxdur.

Cəhalət və təkəbbür, birləşərsə təhlükəli nəticələrə səbəb olar. Son addımların nəticəsi göstərdi ki, ABŞ prezidenti Donald Tramp məhz belə insanlarla əhatə olunub”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol