Menu

BMT Trampın İranla bağlı açıqlamasını alqışlayıb

08.01.2020, 23:32
BMT Trampın İranla bağlı açıqlamasını alqışlayıb

BMT-nin baş katibi Antoni Quterreş prezident Donald Trampın İranın İraqdakı ABŞ hərbi obyektlərinə raket hücumundan sonra verdiyi açıqlamasını alqışlayır.

APA-nın TASS-a istinadla verdiyi xəbərə görə bu barədə çərşənbə günü BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarriç keçirdiyi brifinqdə bildirilib.

"Biz ABŞ prezidentinin qarşıdurmanın aradan qaldırılmasına yönəlik hər hansı bir ifadəsini alqışlayırıq”, - deyə Dujarriç vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp televiziya vasitəsilə ABŞ-ın İranla barışmağa hazır olduğu mesajını verərək, Tehranın bütün digər ölkələrlə qarşılıqlı münasibətlərinin olacağına ümid etdiyini söyləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol