Menu

Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu dəyişməyib

09.01.2020, 09:53
Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu dəyişməyib

Dünya Bankının 2020-ci il üçün Azərbaycan üzrə iqtisadi artım proqnozu dəyişməyib.

"APA-Economics"in Dünya Bankının “Global Economic Prospects: Europe and Central Asia” adlı hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanda bu il ÜDM-nin 2,3% artacağı gözlənilir ki, bu da ötən ilin oktyabr ayında bankın verdiyi sonuncu gözləntildən fərqlənmir.

Bundan başqa, Dünya Bankı qeyd edir ki, Azərbaycan qlobal xammal qiymətlərinin əhəmiyyətli dərəcədə dəyişkənliyinə qarşı həssas qalır, xüsusən də, bazarda yüksək qeyri-stabil vəziyyət müşayiət olunanda.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol