"Bu gün səhər saatlarında qeydə alınan sürüşmə zonasının baş verdiyi ərazidə yaşayış evləri yoxdur".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə baş verib.


Şərhlər
Bunlar hamısı hacıbalanın zibilləridir.Ondan əvvəl Batandartda 25-ə yaxın ev tikilmişdi bunların da yarıdan coxu BibiheybətMəcidinin tikinyisi zamanı oradan köcürülən əhali iydy.R. Allahverdiyev Səbayıl r-n İH -dən Prokurorluqa məktubla müracət etmişdi ki,niyə o evlərin tikintisinə sərəncam verib.İndi orada minlərlə ev tikilib hamısından hacıbalanın xəbəri var onun əlini qızışdırmasaydılar orada toyuq hinidə hec kim tikə bilməzdi.NİYƏ O PULLAR BÜCCƏYƏ QAYTARILMIR.Elə yerlər vat sotu 25-min azn-ə satılıb.