Menu

ABŞ İranla şərtsiz danışıqlara hazırdır - BMT-yə məktub göndərdi

09.01.2020, 10:34
ABŞ İranla şərtsiz danışıqlara hazırdır - BMT-yə məktub göndərdi


ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft BMT Təhlükəsizlik Şurasına məktub göndərib. Bu barədə məlumatı “Röyter” agentliyi yayıb.

Məktubda regiondakı gərginliyin azaldılması üçün ABŞ-ın İranla danışıqlara hazır olduğu bildirilib. Kraft bunun üçün heç bir ön şərt irəli sürülməməsi gərəkdiyini söyləyib.

ABŞ nümayəndəsi, həmçinin, Süleymaninin qətlinin BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olduğunu, Vaşinqtonun özünümüdafiə haqqından istifadə etdiyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol