Menu

Şəmkirdə 17 yaşlı qız itkin düşüb - FOTO

09.01.2020, 10:53
Şəmkirdə 17 yaşlı qız itkin düşüb - FOTO

Şəmkir rayonunda 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X.Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şərhlər

AQAYEV 2020-01-09 11:07:13

Bunda TV-lərin xəbəri olsa onun da aqibəti pis ola bilər.Hüquq mühafizə orqanları AĞENTURA şəbəkəsindən MADDİ-MARAQ müqabilində istifadə etməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol