“Mən bundan sonra hansısa siyasi fəaliyyət qurası deyiləm. Yeni Azərbaycan Partiyasının üzvüyəm, bu partiyanın çərçivəsində siyasi fəaliyyətimi davam etdirəcəyəm”.
Bunları gələcək siyasi fəaliyyətilə bağlı “AzPolitika.info”-ya qısa açıqlama verən Milli Məclisin sabiq üzvü Arif Rəhimzadə deyib.
YAP tərəfindən namizədliyi irli sürülməyən Arif Rəhimzadə gənclərin siyasətdə irəli çəkilməsinə müsbət yanaşdığını ifadə edib: “Buna fikir necə ola bilər? Əlbəttə, gənclər də gəlməlidir, yaşlılar da gərək olsun. Bu müsbət haldır. Buna kiminsə şübhəsi var, başqa fikir ola bilərmi? Kimsə nəsə deyə bilər, mən onları “riviziya” edəsi deyiləm”.
Arif Rəhimzadə əlavə edib ki, hakim partiya çərçivəsində siyasi fəaliyyətini davam etdirməklə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmaq planları var: “Düzdür, mən hələlik qəti fikrə gəlməmişəm, odur ki, daha geniş danışmaq istəməzdim”.
“AzPolitika”


Şərhlər