Menu

Rusiya vətəndaşı İranda İslam dinini qəbul etdi

09.01.2020, 20:49
Rusiya vətəndaşı İranda İslam dinini qəbul etdi

Rusiya vətəndaşı Anna Lyaxova İranın Qum şəhərində İslam dinini qəbul edib.

AzərTAc xəbər verir ki, A.Lyaxova 2 il ərzində İslam haqqında kitablar oxuyub və Quran oxumağı öyrənib.

O bildirib ki, İranda 2 dəfə ezamiyyətdə olub. Bu ölkəyə üçüncü səfəri zamanı İslam dinini qəbul etmək qərarına gəlib.

Qeyd edək ki, ötən il Fransa vətəndaşı Moren Blassen və italiyalı Alessandro Fersino da İranda İslamı qəbul ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol