Menu

“Rusiya məmurlarının ölkəyə axını bizə yaxşı heç nə vəd etmir”

26.09.2014, 16:16
“Rusiya məmurlarının ölkəyə axını bizə yaxşı heç nə vəd etmir”

“Sanksiyalar Rusiyaya mənfi təsir göstərməkdədir”. İqtisadçı Samir Əliyev “Media forum” saytına belə deyib.

O, “Fitch” ekspertlərinin proqnozlarına əsaslanaraq qeyd edib ki, sanksiyaların təsiri ilə Rusiyanın Mərkəzi Bankının qızıl-valyuta ehtiyatı bu ilin sonuna 450 milyard dollara, 2015-ci ilin sonuna isə 400 milyard dollara düşə bilər:

“Yaxın 16 ayda 65 milyard dollar itki gözlənir. Bu isə qızıl-valyuta ehtiyatının 15 faizi deməkdir. Amma Rusiyanın problemləri bununla bitmir. Neftin ucuzlaşması ölkəyə əlavə başağrısı yaradıb. Maliyyə Nazirliyinin hesablamalarına görə, dünya bazarında neftin qiymətinin 110 dollardan 93 dollara düşməsi ixracın ildə 55 milyard dollar azalmasına gətirib çıxaracaq.

Rusiyanın tədiyyə balansının maliyyə hesabında ümumi daxili məhsulun 2 faizi həcmində zərər yaranıb. Ölkədə inflyasiya təzyiqi artır. İqtisadi İnkişaf Nazirliyi 2014-cü il üzrə orta illik inflyasiya səviyyəsini 6,5 faizdən 7,4 faizə qaldırmağa məcbur olub. Dünya Bankı hətta 8 faiz həddində inflyasiya proqnozlaşdırıb. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 18 faizə qədər ucuzlaşaraq 38,3 rubl olub.

Proses gedir, vəziyyət getdikcə daha da pisləşəcək. Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycana da neqativ təsir göstərir. Xüsusən də son günlər Rusiya məmurlarının ölkəyə axını bizə yaxşı heç nə vəd etmir. İndiki vəziyyətdə tələsməyə dəyməz. Rusiyaya investisiya üçün əlverişsiz zamandır. Risklər çoxdur. Neft Fondunun vəsaitlərinin Rusiyaya yönəlməsinə imkan vermək olmaz. Ən azı indiki mərhələdə. Gözləmək lazımdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol