ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi aksiya keçirmək hüququnu məhdudlaşdıran qətnamə qəbul edib. Bu barədə Qərb agentlikləri xəbər verir.
Qeyd edək ki, bu, bu günlərdə iranlı general Qasım Süleymaninin Bağdad hava limanında ölümündən sonra baş verir. Süleymani ABŞ-ın raket zərbəsi ilə öldürülüb.
Nümayəndələr Palatasının sədri Nensi Pelosi hesab edir ki, Tramp administrasiyası Süleymanini öldürməklə ABŞ-ı heç də təhlükəsiz etməyib.
Qətnaməyə əsasən prezident Konqresin razılığı olmasa, 30 gün ərzində İrana qarşı hərbi əməliyyatları dayandırmalıdır. Demək olar ki, bütün demokratlar qətnamənin lehinə, respublikaçılar isə əleyhinə səs verib. Q ətnamə, İraqdakı ABŞ bazalarının İran tərəfindən raket atəşinə tutulmasından təxminən 2 gün sonra səsə qoyulub. Həmin hücum zamanı xəsarət alan olmayıb. ABŞ prezidenti Donald Tramp, İranın bu hərəkətinə, yeni sanksiyalarla cavab veriləcəyini bildirib. Nümayəndələr Palatasının qəbul etdiyi bu sənəd rəmzi xarakter daşıyır və onun hüquqi qüvvəsi yoxdur.


Şərhlər