Menu

Şri-Lanka konsulluğu 3 tələbənin yanğında ölməsi ilə bağlı məlumatlandırılıb

10.01.2020, 16:27
Şri-Lanka konsulluğu 3 tələbənin yanğında ölməsi ilə bağlı məlumatlandırılıb

Qərbi Kaspi Universiteti şri-lankalı 3 tələbənin Bakıda baş verən yanğında ölməsi barədə Şri-Lankanın Dubaydakı konsulluğunu məlumatlandırıb.

Bu barədə universitetdən bildirilib.

Şri-Lankanın Azərbaycanda diplomatik nümayəndəliyi olmadığına görə bu ölkənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu ilə əlaqə saxlanılıb.

“Konsulluqdan cavab gözləyirik", - deyə Qərbi Kaspi Universitetindən bildirilib.

Qeyd edək ki, yanvarın 10-da paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə Şri-Lanka vətəndaşları olan 3 qız - Malsha Sandeepani, Tharuki Amaya, Tausi Jayavodi tüstüdən zəhərlənərək ölüb. Onlar Qərbi Kaspi Universitetinin tələbələri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol