"AzPolitika" xəbər verir ki,10 yaşlı Nərmin Quliyevanın öldürülərək yandırılmasında təqsirli bilinən 1973-cü il təvəllüdlü İlkin Süleymanov barəsində yeni faktlar aşkarlanıb.
Məlum olub ki, İlkin Süleymanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və orada da çalışıb. Bundan sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb
BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, İlkin Süleymanov 2000-ci ildə "Simurq M" televizyasında işləyib. O, 7 ay qeyd olunan televizyanın xəbərlər deportamentində çalışıb.
İ.Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb.
Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib. Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.
Vaxtı ilə sevdiyi qızla evlənə bilmədiyinə görə, ailə qurmayıb.


Şərhlər