Almaniya öz hərbi qulluqçularının bir hissəsini İraqdan çıxartmaq niyyətindədir. Belə ki, 130 nəfərdən 30-u digər dövlətlərdə yerləşdiriləcək. Bu barədə «Deutsche Welle» nəşri yazıb.
Nəşr Almaniya daxili işlər naziri Hayko Mass və müdafiə naziri Anneqret Kramp-Karrenbauerin imzaladıqları sənədlərə istinad edir.
Xəbər verilir ki, hərbi qulluqçuların bir hissəsinin çıxarılması müvəqqəti tədbir olacaq. Bu, Bağdadda və Tacidə yerləşdirilmiş hərbi qulluqçulara aid olacaq. İraqdakı Almaniya hərbi qulluqçularının böyük qismi şimalda - Kürdüstanda yerləşir («İnterfaks»).
Mass hesab edir ki, beynəlxalq güclərin ixtisarı ərazidə İŞİD qruplaşmasının güclənməsinə və İraqda qeyri-sabitliyin artmasına gətirib çıxara bilər.
O, eyni zamanda qeyd edib ki, Almaniya «İraq hökumətinin istənilən qərarına hörmətə yanaşır».
İraq hökuməti ABŞ-ın Süleymaninin öldürülməsilə nəticələnən xüsusi əməliyyatından sonra, xarici ölkələrin hərbi qulluqçularını ölkədən çıxarmaq qərarına gəlib.
Yanvarın 7-də İraqdakı ABŞ güclərinin komandanı Uilyam Siliyə göndərilmiş məktub elan olunub. Məktubda ABŞ hərbi qulluqçularının bu ölkədən çıxarılmasının başlanğıc tarixi göstərilib.
AzPolitika.info


Şərhlər