Menu

Poqbanın qiyməti açıqlandı

11.01.2020, 15:43
Poqbanın qiyməti açıqlandı

"Mançester Yunayted" futbolçusu Pol Poqbanın transfer dəyərini açıqlayıb.

Qol.az Britaniya mətbuatına istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro tələb edir. Onun 2021-ci ilədək İngiltərə təmsilçisi ilə müqaviləsi var.

Fransalı futbolçu ilə "Real" yaxından maraqlanır.

Qeyd edək ki, MY-ə 2016-ci ildə "Yuventus"dan 105 milyon avro qarşılığında transfer olunan P.Poqba bu mövsüm Premyer Liqada 7 oyuna çıxaraq 2 qol ötürməsi verib. Lakin oyunçu özü fərqlənə bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol