Menu

MSK DSK-nın qərarını ləğv edib

11.01.2020, 16:49
MSK DSK-nın qərarını ləğv edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M. Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M. Rəhimlinin namizədliyi qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol