“The Associated Press”in yaydığı xəbərdə deyilir ki, İŞİD ilk dəfə olaraq ABŞ tərəfindən qətlə yetirilmiş Qasım Süleymani ilə bağlı mövqeyini açıqlayıb.
Qəzetdə yazılan məlumatda bildirib ki, generalın ölümü “möminlərin ürəyini məmnun edib”. Bu açıqlama İŞİD-ə məxsus “əl-Nabaa” adlı online qəzetində yer alıb.
İŞİD bildirib ki, ABŞ və İran onlara qarşı mübarizədə eyni cəbhədə yer almışdı. İndi isə onlar bir-birini qırır.
Agentlik bildirir ki, hər iki ölkə ekstremistlərin geri dönüş mərhələsini görmək istəmir. Ancaq son olaylar İŞİD-ə ayağa qalxmağa imkan yarada bilər. Belə ki, hazırda minlərlə İŞİD döyüşçüsü gizli hücrələrdə daldalanaraq hücuma keçmək üçün münasib vaxtı gözləyirlər.
Qasım Süleymani isə İranın İŞİD-ə qarşı apardığı müharibədə əsas fiqur kimi öndə idi.
İŞİD onu da vurğulayıb ki, Qasım Süleymaninin əli mömin müsəlmanların qanına batmışdı.(musavat.com)


Şərhlər