Raketlə vurulan təyyarədə ola bilsin ki, İranın ölməsini istədiyi biriləri olub. Bu iddia ilə Türkiyənin ehtiyatda olan general-leytenantı Orxan Kösə çıxış edib.
İranın səhvən raket zərbəsi ilə sərnişin təyyarəsini vurması barədə bəyanatını şərh edən Kösə bunun inandırıcı olmadığını vurğulayıb: "Səs sürətilə gələn bir raketlə yeni havaya qalxdığı üçün maksimum 200 millə hərəkət edən sərnişin təyyarəsini qarışdırmaq mümkün deyil. Görəsən, o təyyarədə İranın ölməsini istədiyi kimlərsə var idimi?.."
Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.


Şərhlər
Bəlkə İranın deyil,Rusiyanın öldürmək istədiyi adam alub.Şübhə yox ki,İranın raket sistemi də Qasım Süleymani kimi Rusiyanın əlindədir.
Yeqin Türküyenin ehtiyatda olan geniralı Orxan beyin kafası yaşlanıb da ondan.. Bu sadəce heqiqetden uzaq bir ehtimal da olsa belə, icərisində 176 sərnişinin olduğu bir svil uçağın vurulmasına delalet edə bilməz. Boş lafdır.