Menu

Ukraynada maşın oğurlayan azərbaycanlı həbs edildi

12.01.2020, 19:47
Ukraynada maşın oğurlayan azərbaycanlı həbs edildi

Azərbaycan vətəndaşı Ukraynada maşın oğurlayıb.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Vinnitsa rayonunda baş verib.Rayonun 63 yaşlı sakini polisə müraciət edərək “Chevrolet” markalı avtomobilinin oğurlandığını bildirib.

Axtarışlar zamanı sözügedən avtomobil bir gün sonra Yakuşnuç kəndində bir kafenin yaxınlığında aşkarlanıb.

Bəlli olub ki, nəqliyyat vasitəsini 44 yaşlı Azərbaycan vətəndaşı oğurlayıbmış. Onun kimliyi haqqında məlumat verilməyib.

Polis tərəfindən saxlanılan və haqqında 60 sutkalıq həbs qərarı çıxan azərbaycanlı, günahı sübuta yetirilsə 5 il müddətinə azadlıqdan məhrum ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol