Menu

Vaqif Əsədov işdən çıxarılıb?

13.01.2020, 14:02
Vaqif Əsədov işdən çıxarılıb?

Dünən polis polkovniki Vaqif Əsədovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb.

“Report”un əldə etdiyi məlumata görə, ümumilikdə İdarənin bütün zabit heyəti nazir Vilayət Eyvazovun əmri ilə sərəncama götürülüb. Sərəncama götürülən şəxslər arasında Vaqif Əsədov da var.

Lakin bu, V.Əsədovun işdən azad edilməsi anlamına gəlmir. Belə ki, bu gün Vaqif Əsədov BŞDYPİ adından yağmurlu hava ilə bağlı açıqlama verib. Sərəncamda olsa da, o, işini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol