Sentyabrın 26-da Rusiya Dövlət Duması kütləvi informasiya vasitələrinin maliyyələşməsində məhdudiyyəti nəzərdə tutan qanun qəbul edib.
“Media forum” saytı xəbər verir ki, yeniliyə görə, Rusiya KİV-lərinin büdcəsində xarici səhmdarların payı ümumi məbləğin 20 faizindən çox ola bilməz.
Qanun həmçinin xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və başqa ölkənin vətəndaşlığını almış Rusiya vətəndaşlarının KİV təsisçisi olmasını yasaqlayır.
Qanun 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minir və həmin vaxtdan başlayaraq 1 il müddətinə keçid dövrü müəyyən olunur.


Şərhlər