Menu

Qonşu ölkədə "donuz qripi"ndən 114 nəfər öldü

15.01.2020, 13:40
Qonşu ölkədə "donuz qripi"ndən 114 nəfər öldü

İranda A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin yolxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani deyib.

Onun sözlərinə görə, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol