Menu

Seçkilərdən sonra görünməyən İhsanoglu üzə çıxdı

26.09.2014, 20:09
Seçkilərdən sonra görünməyən İhsanoglu üzə çıxdı

Türkiyədə keçirilən prezident seçkilərindən sonra gözə dəyməyən keçmiş prezidentliyə namizəd Əkmələddin İhsanoğlu bazar ertəsi günü Sakip Sabancı Muzeyində bir sərgidə görünüb.

Avropa.info-nun məlumatına görə, İhsanoğlu açılışdan bir gün sonra Akbank Sanat mərkəzində başqa bir açılışda iştirak edib.

İstiqlal prospektinin mühüm sənət mərkəzlərindən olan Akbank Sanat "Kəlimələr, obyektlər, anlamlar" adlı sərgiyə ev sahibliyi edib.

Açılışın sonlarına yaxın gecəyə qatılan İhsanoğlu sərgini gəzib. Jurnalistlər əsərləri maraqla seyr edən İhsanoğluna sual vermək istəyib.

İhsanoğlu "Mən deyəcəklərimi 10 avqustda dedim. 11 avqustda söyləyəcəklərim bitti. Sadəcə bir sənət məqsədi ilə burdayam"- deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol