Rusiya müxalifətinin liderlərindən biri və Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı Rusiyanın yeni baş naziri Mixail Mişustini arvadının milyonlarla rubl pulu necə qazandığı barədə məlumat verməyə çağırıb.
Mişustinin arvadı bu gəlirlərini özünün rəsmi vergi bəyannamələrində göstərib. Bu bəyannamələrdən bəlli olur ki, Vladlena Mişustina son 9 ildə azı 800 milyon rubl (13 milyon dollar) qazanıb.
Navalnı yazır ki, Vladlena Mişustinanın adına bircə hüquqi şəxs də qeydiyyata alınmayıb. Onun haqqında internetdə heç bir məlumat tapmaq mümkün deyil.
Müxalifət lider yeni baş nazirin arvadının bəyannamələrdə göstərilən pulları qanuni şəkildə qazandığına şübhə etdiyini bildirib. Navalnı diqqəti buna da çəkir ki, əvvəllər Moskva ətrafında Mişustin ailəsinin adına qeydiyyatda olan daşınmaz əmlak sonradan nəyə görəsə Rusiya Federasiyasının balansına keçirilib.

2008-ci ilə aid sənədlərdən belə görünür ki, Vladlena Mişustina fərdi sahibkar kimi qeydiyyatdan keçib. Bu status 2013-cü ildə ləğv edilib.
Mişustinanın əsas fəaliyyət sahəsi kimi “rəqs meydançaları, diskotekalar və rəqs məktəbləri” göstərilirdi.
Jurnalist Anastasya Qorşkova yazır ki, Mişustina 2009-cu ildə Barvixadakı “Luxury Village” DecaDance klubunun şəriki olub.
O 2012-ci ildə bu biznesi tərk edib və 2014-cü ildə DecaDance ləğv edilib. Jurnalistin yazdığına görə, Vladlena Mişustina 2002-ci ildən bir vaxtlar onun ərinin çalışdığı beynəlxalq kompüter klubuna sahib idi.
Lakin Qorşkovanın yazdığına görə, bu biznes Mişustinaya böyük gəlirlər gətirə bilməzdi. Forbes jurnalı 2016-cı ildə Mişustinanı ən zəngin məmur arvadları siyahısına daxil etmişdi. O, 2014-cü ilin vergi sənədlərinə əsasən bu siyahıda 9-cu idi. Forbes iddia edirdi ki, Mishustina UFG investisiya fondunun strukturlarından birində işləyib. Onun əri 2010-cu ildə dövlət xidmətinə keçənədək bu fondun prezidenti idi.
Forbes Mişustinanın UFG-də işləməsinə dair sübutlar göstərmir. Onun bu fondda bu gün də işləyib-işləmədiyi bilinmir. (azadliq.org)


Şərhlər
Dovletini MILLETINI sevmek ona vicdanla xidmet etmek her bir vetendasin seref borcudu!AMMA binlar hamisi AVROPA olkelerine aiddir BIZDE ise bunlarin tam eksidi !Neyin bahasina olur-olsun hakimiyyete SOXULMAQ ve DOVLETIN MILLETIN qanini son damla qaninadek sormaq ve bundan HEZZ almaq!....