Menu

Bakıda Səudiyyə Ərəbistanı səfirliyinin avtomobili azyaşlı bacıları vuraraq qaçıb

17.01.2020, 20:31
Bakıda Səudiyyə Ərəbistanı səfirliyinin avtomobili azyaşlı bacıları vuraraq qaçıb

Məktəbə tələsən iki azyaşlı bacı Bakının Tbilisi prospektində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"AzPoltika" Oxu.Az-a istinadla xəbər verir ki, hadisənin yanvarın 13-də saat 07:50 radələrində baş verib.

Yolu keçən 13 yaşlı Mahmudlu Nuray İsrafil qızı və 9 yaşlı bacısı Xədicəni avtomobil vurub. Nəqliyyat vasitəsinin sürücüsü uşaqlara kömək etmədən hadisə yerindən qaçıb.

Hadisənin şahidləri dərhal bacıları 1 nömrəli Kliniki Tibbi Mərkəzə aparıblar. İndi onların həyatı təhlükə altında deyil.

İstintaq zamanı uşaqları vuraraq hadisə yerindən qaçan “Mersedes” markalı avtomobilin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinə aid olduğu məlum olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov Oxu.Az-a bildirib ki, qanunu pozanlara qarşı diplomatik toxunulmazlıq nəzərə alınaraq, qanun çərçivəsində tədbirlər görüləcək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol