Menu

Uşaq döyən müəllimə işdən çıxarılıb

18.01.2020, 11:17
Uşaq döyən müəllimə işdən çıxarılıb

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllimin uşağı döyməsi ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunmuşdur", idarədən bildirilib.

Şərhlər

Senan 2020-01-18 17:38:46

Muellim getsin birinci ozune terbiye versin oz balasini doysun .....o korpe balaya nece ellerin qalhdi.

müəllim 2020-01-18 11:46:12

Bu yanaşmalar doğru deyil.Axı müəllim də insandır,onun da əsəblərinin dözüm nöqtəsi var.Məgər dəcəl,tərbiyəsi lazımi həddə olmayan az uşaqlar var? Müəllim yazıq da dözmür,istəyir ki.hansı yolla isə bir təhər sinifdə intizam yaratsın.Ona görə bu məsələ dürüst araşdırılmalı və belə kəskin qərarlar ağılla qəbul olunmalıdır.Axı müəllim də dəli deyil! Onun da ailəsi var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol