Makronun yerini sosial şəbəkədə paylaşan jurnalist saxlanıl

Fransa Prezidenti Emmanuel Makronun olduğu yeri sosial şəbəkədə paylaşan jurnalist polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa mediası yazıb.

Jurnalist Taha Bohafs ötən axşam Parisdəki teatr salonunda olduğu yeri sosial şəbəkədə işarələyərək, bu sözləri yazmışdı:

“Hazırda (Parisdəki) Buffes du Nord teatr salonundayam. Fransa prezidentindən 3 sıra arxadayam. Bəzi etirazçılar buralardadır və hər kəsi bura çağırır. Hazırlıq görülür. Bu axşam hərəkətli ola bilər”.

Qeyd edək ki, ötən gün bəzi fransalı jurnalistlərin sosial şəbəkələrdə Makronun Parisdəki teatr salonunda olması ilə bağlı paylaşımlarından sonra etirazçılar əraziyə gəlmişdi. Pensiya islahatına qarşı çıxan nümayişçilər teatr salonuna girməyə çalışmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar