Toydan qayıdan ailə qəzaya düşdü - Xəsarət alanlar var

Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.

Hadisə rayonun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəfərov Elxan idarə etdiyi Vaz 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb. Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb.

Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar