Menu

“AYIBDIR, YAŞLI ADAMSAN, GET DİNCƏL...” – Mübariz Mənsimov Hadı Rəcəbliyə

19.01.2020, 21:53
“AYIBDIR, YAŞLI ADAMSAN, GET DİNCƏL...” – Mübariz Mənsimov Hadı Rəcəbliyə

9 Fevral Milli Məclisə seçkilərlə bağlı namizədlərin təşviqat kampaniyası davam edir. “Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə əsas iddiaçılar Hadı Rəcəbli və Rəvan Bəşirov arasında sorğular təşkil olunub.

Sorğuya "Palmali Şirkətlər Qrupu”nun rəhbəri Mübariz Mənsimov da reaksiya verib. O sorğuya şərh yazaraq Hadı Rəcəbliyə tarlada işləməyi məsləhət görüb: "Məncə Hadı bəy bir az tarlada işləsən, bu günə qədər nə edib ki, yenə də seçilmək istəyir? Ayıbdır, yaşlı adamsan get bir az dincəl”.

AZXEBER.COM bu sözlərlə bağlı Hadı Rəcəbli ilə əlaqə saxlayıb. O açıqlamasında hər kəsin fikrinə hörmətlə yanaşdığını bildirib:

"O, Mübariz müəllimin fikridir. Biz onun fikrinə hörmətə yanaşırıq. Ancaq onu deyim ki, mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Demək ki, partiyamızın fikri fərqlidir. Demokratik cəmiyyətdə yaşayırıq, hər kəsin özünü ifadə etmək azadlığı var”.

Hadı Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazılan bütün şərhlərə hörmətlə yanaşır:

"Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Ancaq bununla yanaşı ölkədə hakim partiya var və partiyanın qərarı belədir ki, mən namizəd olum. Partiya üzvləri və sevənlər bu qərara hörmətlə yanaşırlar. Sosial şəbəkədə kim nə istəsə yazır, biz heç kimə təsir etmirik. Mübarizəyə qoşulan hər kəs haqda cəmiyyətdə yetərincə məlumat var. Son sözü isə xalqımız fevralın 9-u deyəcək”.

Şərhlər

Famil 2020-01-20 18:54:37

Xalqın sözünü eşidən,hesaba alan varmı? Seçki qurtarmamış YAP protokolları hazır olur.Saxtakarlığa öyrəmnmiş MSK isə səsləri saymadan bu protokolları nəzərə alır.Məgər MSK səslərin doğru sayılmasına maraqlıdır? MSK-nın marağı YAP-ın təkid etdiyi şəxslərin deputat siyahisində olmasıdır.Çünki belə olduqda onları mükafat gözləyir.

Talış 2020-01-20 18:49:52

Hadı bəy özünü idarə edir,yoxsa idarə edilir? AXı deyir ki,hər kəs özünü idarə edir.Bəs belədirsə YAP niyə onu idarə edir?

Sabir 2020-01-20 16:25:25

Görəsən Lənkaranda daha savadlı, daha qabiliyyətli bir YAP üzvü yoxdurmu? Ola bilməz!...

Talış balası 2020-01-20 15:00:26

Çox üstünə getməyin.Bir məclisdə and içib ki mən seçilmək istəmirəm.İstəyirəm seçməsinlər məni.

Rasim 2020-01-20 08:32:41

Eslinde burdan da görünür ki Hadı Recebli gedib rahat yaşamaq isteyir amma YAP onun yerine başqa namized tapa bilmediyine göre mecburen onu verib.

elxan 2020-01-19 23:10:27

Hadı bıdı dövrü bitib istər ya olsun istər pəpi

Tahir 2020-01-19 22:25:10

Ey YAP! Diqqət elə.H.Rəcəbli deyir ki,nə qədər rəzil oldugumu bilirəm və buna baxmayaraq özüm abır həya edib namizədliyimi vermək istəmirəm amma YAP abır həya etmir zorla da olsa deyir ki, "ey xalq..... Yəni ugrunda həyatımı əsirgəmədiyim YAP bu günəmi qalıb? H.Rəcəblidən ötrü bu biyabırcılıgı bu boyda YAP niyə öz üzərinə götürür ay 800000 YAP üzvü?

Mehdi 2020-01-19 22:02:26

Hec utanmirsan indiye kimi olanlardan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol